Azərbaycan klubu yeni transferini RƏSMƏN AÇIQLADI

14 Noyabr 2020 21:00 Səbail 854
Azərbaycan klubu yeni transferini RƏSMƏN AÇIQLADI

“Səbail” heyətinə yeni futbolçu cəlb edib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki Bakı təmsilçisi iranlı yarımmüdafiəçi Bəxtiyar Rəhmaninin transferini həyata keçirib.

29 yaşlı oyunçu ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb. O, yeni klubunda “8” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Bəxtiyar Rəhmani 2013 və 2014-cü ildə İran yığmasının formasını geyinib. Təbrizin "Traktor" klubunun da şərəfini qorumuş futbolçu son olaraq 2019/20 mövsümündə “Sanat Naft” klubunun formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti