Kamran Ağayev nə vaxt dönəcək? "Göz dəyməsin, bir az daha səbr etməliyik"

14 Noyabr 2020 21:40 Səbail 779
Kamran Ağayev nə vaxt dönəcək? "Göz dəyməsin, bir az daha səbr etməliyik"

"Kamran Ağayevin durumu gözlədiyimizdən də sürətlə yaxşılığa doğru gedir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

Gənc məşqçi təcrübəli qapıçı haqqında böyük ümidlərlə danışıb və Ağayevdə gözlədiyindən də sürətli irəlləyiş olduğunu bildirib:

"Göz dəyməsin, artıq çəkisinin çox hissəsini ata bilib. Bir az daha səbr etməliyik. Ehtiyatlı olmalıyıq ki, hansısa zədə almasın. Kamranla bağlı planlarımız, mövqeyimiz tələsməməkdir.

Önəmli olan onun yenidən futbola qayıtmasıdır. Çünki uzun müddət idi futboldan uzaq qalmışdı. Kamranın bizə kömək etməsindən çox, onun özünü düşünürük. Ona görə də səbr etmək lazımdır.

Lazım olan anda, hazır olan məqamda Kamran Ağayev protokola daxil ediləcək. Hər gün, hər dəqiqə nəzarətdədir. Çalışacağıq ki, tezliklə Kamranı meydanda futbol ictimaiyyətinə təqdim edək".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!