"Səbail" İran yığmasının yarımmüdafiəçisi ilə anlaşdı

14 Noyabr 2020 13:40 Səbail 1 348
"Səbail" İran yığmasının yarımmüdafiəçisi ilə anlaşdı

«Səbail» yeni legionerlə anlaşıb.

Sportinfo.az-ın məlumatına görə, Bayıl təmsilçisi Bəxtiyar Rəhmanı ilə münasibətlərini rəsmiləşdirib.

İranlı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. 29 yaşlı futbolçu yerli «Fulad»ın yetirməsidir.

2005-2016-cı illəri burada keçirən Bəxtiyar bu müddət ərzində «Traktorsazi» və «İstiqlal»a da icarəyə verilib. Hücumameylli orta sahə oyunçusu 2017-2018-ci il sezonunu «Peykan»da keçirib.

2018-ci ildə «Zobahan»a üz tutub, buradan da «Sepahan»a yollanıb. 2019-cu ildə Qatarda legioner həyatı yaşayıb. Lakin «Al-Şamal»da şans qazanmadığından,

6 ay sonra öləsinə dönüıb və «Sanat Naft»ın heyətində 4 oyuna çıxıb. O, İranın U-15, U-17, U-20 və U-21 yığmalarının formasını geyinib. 2013-2014-cü illərd isə əsas millidə 4 dəfə meydana ayaq basıb.

Digər Xəbərlər
Xəbər Lenti