Hiss edir ki, Bakı klubunun baş məşqçisi onu… FOTO

11 Noyabr 2020 17:20 Səbail 686
Hiss edir ki, Bakı klubunun baş məşqçisi onu… FOTO

"Tədricən mövqeyimi gücləndirirəm".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Səbail"in qapıçısı Nikolas Hagenə məxsusdur.

24 yaşlı qvatemalalı qolkiper ölkəsinin mətbuatına Azərbaycandakı çıxışından danışıb: "Baş məşqçinin və komanda yoldaşlarımın etimadını qazandığımı hiss edirəm.

Qarşılıqlı anlaşma inkişaf edir və daha kompakt şəkildə müdafiə olunuruq. Oyunu yaxşılaşdırmaq üçün eyni düşüncə tərzi ilə davam edirəm.

Komandama kömək üçün əlavə məşq etməli, hazırlıq prosesində daha çox vaxt keçirməliyəm. Ümid edirəm ki, uğurlu çıxışımı davam etdirəcəm".

Nikolas Hagen cari mövsümün əvvəlində ölkəsinin "Munisipal" klubundan "Səbail"ə keçib.

Digər Xəbərlər
Xəbər Lenti