"Səbail” – Gül ki güləsən…

10 Noyabr 2020 14:00 Səbail 479
"Səbail” – Gül ki güləsən…

“Səbail” Azərbaycan Premyer Liqasında 25-ci qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, yubiley IX turun “Sumqayıt”la matçına təsadüf edib.

2017/18 mövsümündən Premyer Liqada çıxış edən paytaxt təmsilçisi 84-cü oyununda 25-ə çatıb. Digər qarşılaşmalarda komanda 18 heç-heçə edib və 41 dəfə uduzub.

“Səbail” 13 dəfə evdə, 12 dəfə səfərdə qalib gəlib. Bayıl təmsilçisi ölkə çempionatlarında ən azı 25 qələbəsi olan 33-cü komandadır.

Digər Xəbərlər
Xəbər Lenti