"Birinci yer uğrunda mübarizə aparmaq istəyirik"

10 Noyabr 2020 11:00 Səbail 906
"Birinci yer uğrunda mübarizə aparmaq istəyirik"

"Nəticələr və komandanın çıxışı məni razı salır. Uğurlu seriyamız var. Yuxarı pillələrə doğru irəliləyirik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Səbail"in qapıçısı Nikolas Hagen ESPN nəşrinə açıqlamasında komandasının Azərbaycan Premyer Liqasındakı çıxışı barədə danışarkən deyib.

Qvatemalalı oyundan-oyuna daha yaxşı təsir bağışladıqlarını bildirib: "Həm hücumda, həm də müdafiədə etibarlı oynayırıq. Əsas odur ki, öz oyunumuzu göstərməyə başlamışıq. Birinci yer uğrunda mübarizə aparmaq istəyirik. Bunun üçün oyunumuzu daha da yaxşılaşdırmalıyıq".

Nikolas Hagen 2020/2021 mövsümün əvvəlində ölkəsinin "Munisipal" klubundan "Səbail"ə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!