Ən çox “Qarabağ”da, ən az “Neftçi“də – Klubları gəzən hücumçu

9 Noyabr 2020 21:40 Səbail 651
Ən çox “Qarabağ”da, ən az “Neftçi“də – Klubları gəzən hücumçu

Rauf Əliyev Azərbaycan çempionatlarında 60-cı qolunu vurub.

Sportinfo.az xəbər verir ki, yubiley IX turun “Səbail” – “Sumqayıt” oyununa (2:1) təsadüf edib.

Qonaqların qapısına yol tapan forvard Premyer Liqada keçirdiyi 272-ci matçında 60-cı dəfə fərqlənib. O, yarışın tarixində 60 və ya daha çox qol vuran 29-cu oyunçu olub.

İlk qoluna 2006/07 mövsümündə “Qarabağ”ın heyətində imza atan forvard Ağdam klubunda daha çox – 23 top keçirib.

Ümumilikdə 7 klubda fərqlənən Əliyev “Keşlə”də 12, “Bakı”da 11, “Səbail”də 6, “Qəbələ”də 4, “Xəzər Lənkəran”da 3, “Neftçi”də 1 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"