Kamran Ağayevi yaşıl meydanda nə vaxt görəcəyik?

8 Noyabr 2020 13:20 Səbail 553
Kamran Ağayevi yaşıl meydanda nə vaxt görəcəyik?

"Gələcəkdə Kamran Ağayevin formaya düşməsindən çox şey asılı ola bilər".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev dilə gətirib.

O, qapıçı mövqeyində daha yaxşı formada olana şans verdiklərini sözlərinə əlavə edib: "Kamran uzun müddət məşqsiz və oyunsuz qalıb. Ona inanırıq, çox səylə çalışır.

Futbolda hər zaman formada olan şans qazanır. Qapıçı mövqeyi bir qədər fərqlidir. Qapıçıların hamısını düşünmək lazımdır. Kamran ən yaxşı formasında olsa belə, çalışacağıq ki, Nikolas Hagenə və ona oyunlarda yer verək".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!