"Kimyaçılar" Bayılda "zəhərləndi" - FOTOREPORTAJ

8 Noyabr 2020 11:00 Səbail 481
"Kimyaçılar" Bayılda "zəhərləndi" - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Səbail" çempionatın lideri "Sumqayıt"ı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Səbail"in heyətində Rauf Əliyev 42, Adil Nağıyev isə 77-ci dəqiqədə fərqlənib. "Gənclik şəhəri" təmsilçisində Rəhim Sadıxov 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra bir oyun az keçirən və xallarının sayını 9-da çatdıran "Səbail" 6-cı pilləyə yüksəlib. "Sumqayıt" isə hələ ki, 15 xalla liderdir.

Digər Xəbərlər
Xəbər Lenti