"İstədiyimiz futbolçuların hamısını əldə edə bilmədik"

7 Noyabr 2020 19:00 Səbail 510
"İstədiyimiz futbolçuların hamısını əldə edə bilmədik"

"Maraqlı oyun alındı. Çoxlu qol epizodları izlədik. Qələbə qazanmağımız əhval-ruhiyyəmizi yaxşılaşdırdı.

Əsgərlərimizi qazandığı uğurlar, qələbələr sevincimizi ikiqat edir. İnanıram ki, yaxın zamanda böyük qələbəni eşidəcəyik və bütün torpaqlarımız işğaldan azad ediləcək".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın IX turunda evdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, ilk 15-20 dəqiqəni yaxşı oynaya bilməyiblər: "Sumqayıt" ilk dövrənin lideridir, bunu öz oyunları ilə göstəriblər. Bizə 20 dəqiqə ərzində çətinliklər yaşadıblar.

Daha sonra rəqib qapısında təhlükəli epizodlar yarada bildik və hissənin sonlarında istəyimizə çatdıq. Hesabda öndə olsaq da, rahat ola bilməzdik. İkinci yarıda oyunçular daha çox güc sərf etdilər və hesabı qoruyub saxlaya bildilər. Möhtəşəm qələbə qazandıq.

İstəyirik ki, yuxarı pillələrdən kənarda qalmayaq. Bu nə qədər alınacaq, bilmirəm. Amma bu gün oyunçuların işlərinə yanaşması bizi razı salır. Hər birini təbrik edirəm, rəqibə də uğurlar arzulayıram".

Hacıyev mövsümöncəsi bütün komandalara nisbətən toplanışa gec başladıqlarını xatırladıb: "Komandada komplekləşmə gec oldu. Gecikmələr olanda rəqiblər bizdən daha hazırlıqlı idi.

İstədiyimiz futbolçuların hamısını əldə edə bilmədik. Vaxt keçdikcə oyunumuzu daha da yaxşılaşdırırıq. Təcrübəli və gənc oyunçulardan faydalanırıq".

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu