"Məndən məşqçiliklə bağlı sual verilsəydi, cavabım “yox” olardı”

4 Noyabr 2020 21:00 Səbail 729
"Məndən məşqçiliklə bağlı sual verilsəydi, cavabım “yox” olardı”

“Məşqçilik futbolçu olmaqdan fərqlidir. Futbolçu ikən məndən məşqçiliklə bağlı sual verilsəydi, cavabım “yox” olardı”.

Sportinfo.az xəbər verir ki, bunu “Səbail”in sabiq futbolçusu Maykl Essyen deyib.

Ötən mövsümün sonunda “Səbail”dən ayrılan, hazırda Danimarkada “Nordsyelland” klubunun məşqçisi kimi fəaliyyət göstərən ötənlərin ulduz futbolçusu rəhbərliyi altında oynadığı mütəxəssislər barədə fikirlərini bildirib.

Qanalı “Çelsi”dəki çalışdırıcısı Joze Mourinyonu xüsusi fərqləndirib. “Səbail”də Aftandil Hacıyevin rəhbərliyi altında çıxış etmiş Essyen hazırda “Tottenhem”in sükanı arxasında olan portuqaliyalıdan da çox şey öyrəndiyini bildirib:

“Yeni işimdən zövq alıram. Bu işin məşqçi aspektini öyrənmək çox yaxşıdır. Karyeram ərzində bir çox məşqçinin rəhbərliyi altında oynamışam.

Ancaq çalışdığım məşqçilər arasında Joze Mourinyo bir nömrədir. O, hələ də əla mütəxəssisdir. Karlo Ançelotti ilə münasibətimiz də yaxşı idi. Hər ikisi çox yaxşı məşqçidir. Hər birinin karyeramda və inkişafımda rolu var”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti