"Getmək istəsəydi, etiraz etməyəcəkdik, yolumuzu ayırmaq fikrimiz…"

2 Noyabr 2020 11:40 Səbail 1 020
"Getmək istəsəydi, etiraz etməyəcəkdik, yolumuzu ayırmaq fikrimiz…"

"Klubumuza rəsmi məktub gəlib və biz onun ölkəsinə yollanmasına etiraz etmirik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

Bayıl klubunun qapıçısı Nikolas Hagen Qvatemala millisinin noyabrın 15-də Hondurasla keçirəcəyi yoxlama oyununu 24 yaşlı kiper yığmanın düşərgəsinə yollanmaqdan imtina edib.

Buna səbəb koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətdir. Qolkiper Bakıdan Qvatemalaya getmək üçün əvvəlcə Türkiyənin İstanbul şəhərinə uçmalıdır.

Sərhədlərin yenidən bağlanacağından ehtiyatlanan qapıçının Bakıya qayıdışı yubana bilər. Belədə isə klubun onunla müqaviləni poza biləcəyi iddia olunur. Hər halda Qvatemala mediası bunu iddia edib.

Bu səbəbdən o, millinin heyətindən çıxarılıb. Əvəzində düşərgəyə digər qolkiper Rikardo Heres çağırılıb.

Hacıyevi dinləyək: "Mən ondan bu haqda soruşdum. Dedi ki, yoxlama oyunu olduğundan, uzun yol qət etmək istəmir. Ehtiyat edir ki, koronavirus pandemiyasına görə birdən sərhədlər bağlana və Bakıya qayıda bilməz.

Həm də ki, bilet tapmq problemdir. Bizim onunla yolumuzu ayırmaq fikrimiz yoxdur. Hondurasla oyuna getmək istəsəydi, etiraz etməyəcəkdik. Hagen ölkəsinin futbol federasiyasını məsələdən xəbərdar edib. Qarşı tərəfdən isə hələ cavab gəlməyib".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti