"Bu gün heyətimiz istənilən rəqabətə malik deyil"

1 Noyabr 2020 13:20 Səbail 780
"Bu gün heyətimiz istənilən rəqabətə malik deyil"

"Daha çox və ya daha az xalımız ola bilərdi, amma futbolçulardan razıyam".

Sportinfo.az xəbər verir ki, "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın ilk dövrəsini dəyərləndirib.

Onun sözlərinə görə, 7 oyuna 6 xal elə də yaxşı nəticə deyil: "Bizim üçün əsas oyunumuzu inkişaf etdirməkdir. Bunu kənardan sezmək çətin deyil. Bu gün heyətimiz istənilən rəqabətə malik deyil.

Ancaq həvəsdən düşmürük, nikbin düşünürük. Gənc futbolçularımız belə oyunlarda bərkiyirlər. Fikirmiz yerli futbolçuları inkişaf etdimək, milliyə qazandırmaqdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti