"Həm Türkiyədə, həm də Bərdədə yaşanan faciəyə görə dünyalarını dəyişənlərə Allahdan rəhmət diləyirəm.
İnanırıq ki, toprpaqlarımız yaxın günlərdə tam azad olunacaq. Ordumuza qüvvət arzulayıram".
Sportinfo.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın VIII turunda səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, süni örtüklü meydandan sonra təbii örtükdə oynamaq çətindir: "Hər iki komanda əzmkar mübarizə apardı. İlk hissədə yaxşı qol epizodlarımız oldu.
Fasilədən sonra rəqib üstünlüyü ələ keçirməyi bacardı. İntizamlı, baş məşqçinin dəst-xətti olan komandaya qarşı oynadıq. Hər oyun çətin keçir, hamı bir-birindən xal ala bilər.
Çalışacağıq ki, bu mübarizədən qopmayaq. Getdikcə oyunumuz yaxşılaşır. B səbəbdən yuxarı pillələrə qalxacağımıza ümid edirəm. Əvvəlki matçlarla müqayisədə bu gün müdafiəmiz yaxşı oynadı, qol buraxmadıq. Futbolçularımı yaxşı oyuna görə təbrik edirəm".

