"Səbail"in legioneri millinin düşərgəsinə yollanmaqdan imtina etdi

31 Oktyabr 2020 12:30 Səbail 784
"Səbail"in legioneri millinin düşərgəsinə yollanmaqdan imtina etdi

"Səbail"in qvatemalalı legioneri Nikolas Hagen millisinin noyabrın 15-də Hondurasla keçirəcəyi oyunu buraxacaq.

Sportinfo.az "lared.com.gt" saytına istinadən xəbər verir ki, 24 yaşlı qapıçı yığmanın düşərgəsinə yollanmaqdan imtina edib.

Buna səbəb koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətdir. Qolkiper Bakıdan Qvatemalaya getmək üçün əvvəlcə Türkiyənin İstanbul şəhərinə uçmalıdır.

Sərhədlərin yenidən bağlanacağından ehtiyatlanan qapıçının Bakıya qayıdışı yubana bilər. Belədə isə klubun onunla müqaviləni poza biləcəyi iddia olunur.

Bu səbəbdən o, millinin heyətindən çıxarılıb. Əvəzində düşərgəyə digər qolkiper Rikardo Heres çağırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti