"Qarabağın rayonlarının hər birində yeni klublar yaranar və…"

29 Oktyabr 2020 10:52 Səbail 674
"Qarabağın rayonlarının hər birində yeni klublar yaranar və…"

«İndiki halda bu məsələ haqda düşünmürük».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

2016-ci ildən fəaliyyət göstərən «Səbail» adını dəyişə bilər. Bu fikir SOCAR və AFFA prezidenti Rövnəq Abdullayevə məxsusdur.

O, oğlu Rəşad Abdullayevin adına yaratdığı klubun regiona köçürülməsinə tərəfdardır. Yeni ideyaya əsasən, «Səbail» başqa adla paytaxtda çıxışını davam etdirməli, daha sonra Dağlıq Qarabağa aid rayonlardan birinə köçürülməlidir.

Hazırda bununla bağlı neft şirkətində müzakirələr gedir, planın gerçəkləşdirilməsinin maliyyə tərəfi araşdırılır. Bayıl təmsilçisinin çalışdırıcısı bununla bağlı fikirlərini açıqlayıb:

«Əsas odur, torpaqlar qayıtsın, sonra komandaların say artar. Və o zaman həmin rayonların hər birində yeni klublar yaranar. İnşallah, hər şey bu cür olar və «Səbail»in ora köçürülməsinə ehtiyac qalmaz».

Digər Xəbərlər
Xəbər Lenti