Rövnəq Abdullayev oğlunun klubunu nə etmək istəyir?

28 Oktyabr 2020 16:28 Səbail 3 422
Rövnəq Abdullayev oğlunun klubunu nə etmək istəyir?

2016-ci ildən fəaliyyət göstərən «Səbail» adını dəyişə bilər.

Sportinfo.az-ın məlumatına görə, bu fikir SOCAR və AFFA prezidenti Rövnəq Abdullayevə məxsusdur.

O, oğlu Rəşad Abdullayevin adına yaratdığı klubun regiona köçürülməsinə tərəfdardır.

Yeni ideyaya əsasən, «Səbail» başqa adla paytaxtda çıxışını davam etdirməli, daha sonra Dağlıq Qarabağa aid rayonlardan birinə köçürülməlidir.

Hazırda bununla bağlı neft şirkətində müzakirələr gedir, planın gerçəkləşdirilməsinin maliyyə tərəfi araşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!