Kamran Ağayevdən RAZILIQ ETDİ: "Artıq çəkini birdən ata bilməz"

26 Oktyabr 2020 09:28 Səbail 745
Kamran Ağayevdən RAZILIQ ETDİ: "Artıq çəkini birdən ata bilməz"

«Onun qayıdışını gözləmək üçün qış fasiləsinədək gözləmək lazımdır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

Bayıl təmsilçisinin çalışdırıcısı ayyarım öncə komandaya qoşulan Kamran Ağayevin durumu barədə danışıb. Gənc mütəxəssis bildirib ki, millinin keçmiş qapıçısı əvvəlki formasını bərpa etməyə çalışır:

«Bilirsiz ki, Kamranı bura dəvət edənə kimi ilyarım futbol oynamamışdı, xeyli artıq çəki yığmışdı. Biz ona şərait yaratdıq və açığını demək lazımdır ki,

Kamran bu imkandan yaxşı istifadə etməyə çalışır. Məşqlərə həvəslə yanaşır, öz üzərində çox işləyir. İstəyir ki, əvvəlki çəkisinə qayıtsın, nəhayət, futbol oynasın.

Ötən müddət ərzində bir xeyli çəki atıb. Hardasa 10 kilo. Kamranın bədən quruluşu indi elədir ki, qısa müddətdə qalan artıq çəkini ata bilməz.

Əzələləri bir qədər bərkiməlidir, güc yığmalıdır, sonra yavaş-yavaş həmin çəkidən azad olmalıdır. Yoxsa bədəni bir qədər də zəifləyə, gücdən düşə bilər. Hazırlıq mərhələsi hissə-hissə getməlidir».

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?