Onlar buranı "keçəlləşdirib", özlərinə gəlir yeri düzəldiblər

23 Oktyabr 2020 10:52 Səbail 679
Onlar buranı "keçəlləşdirib", özlərinə gəlir yeri düzəldiblər

«Səbail» Premyer Liqanın 6-cı turunda «Keşlə»ni qəbul etdi (1:1).

Oyundan çox, izləyənləri başqa bir məqam diqqət cəlb elədi.

Bu da meydançanın hədsiz dərəcədə bərbad görünməsi, «keçəlləşməsi» idi. Bir da bəlli oldu ki, istifadə müddəti bitmiş süni örtük tamamilə yararsız hala düşüb və təcili dəyişdirilməlidir.

Bayıl təmsilçisinin bu məqsədlə AFFA-ya müraciət etməsini xəbər vermişdik. Federasiya problemin həllinə çalışacaq. Hər halda ilkin razılıq var.

Bu arada o da məlum olub ki, «ASCO Arena»nın biabırçı vəziyyətə düşməsində həm də AFFA-nın bəzi rəsmilərinin rolu var. Belə ki, meydança onlara yaxın şəxslər tərəfindən qeyri-qanuni istifadə olunur.

«Səbail»in nəzdindəeki komandalar burada məşqləri bitirəndən sonra arena həvəskarların ixtiyarına verilir və bir qrup pul hərisi bundan böyük miqdarda gəlir əldə edir.

Bu, indi də belədir: baxmayaraq ki, komendant saatı tətbiq olunub, hər gün saat 17:00 və ya 18:00-dan etibarən «ASCO Arena» pullu xidmətə keçir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti