Azərbaycan klubundan çox MARAQLI YENİLİK - FOTOREPORTAJ

18 Oktyabr 2020 09:20 Səbail 1 632
Azərbaycan klubundan çox MARAQLI YENİLİK - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında VI tura start verilib.

Sportinfo.az xəbər verir ki, açılış oyunu "ASCO Arena"da "Səbail" və "Keşlə" arasında keçirilib.

Komandalar görüşə "Şəhidlər ölməz, Vətən bölünməz" pankartı ilə çıxıblar. Tribunalarda isə Azərbaycan bayrağı və işğaldakı rayonların adları yazılmış lövhələr qoyulub.

Matç Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Baş hakim Səbuhi Bayramovun idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb - 1:1. Matçın ilk yarısında qapılara qol vurulmayıb.

Hesabı 49-cu dəqiqədə qonaq komandadan Rəhman Hacıyev uzaqdan zərbə ilə açıb. Bundan cəmi 2 dəqiqə sonra Bahadur Həziyev cinah ötürməsini baş zərbəsi ilə tamamlayaraq bərabərliyi təmin edib.

83-cü dəqiqədə "Səbail"in müdafiəçisi Adil Nağıyev ikinci sarı vərəqə ilə meydandan qovulub. Lakin "Keşlə" say üstünlüyündən yararlana bilməyib.

Bu nəticədən sonra xalını 9-a çatdıran "Keşlə" 2-ci pillədə qalıb. 4 xala malik "Səbail" isə 7-ci pilləyə yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti