"Bir səhvdir eləmişəm, bağışlayın məni, maaşımı bu qədər kəsməyin"

15 Oktyabr 2020 12:44 Səbail 1 095
"Bir səhvdir eləmişəm, bağışlayın məni, maaşımı bu qədər kəsməyin"

«Səbail»in legioneri Henrik Ekşteyn klub rəhbərliyinə müraciət ünvanlayıb.

Sportinfo.az-ın məlumatına görə, Cənubi Afrika Respublikasından olan futbolçu ona kəsilən cərimənin yumşaldılmasını xahiş edib.

Problem ondadır ki, yarımmüdafiəçi bir müddət əvvəl özbaşına hərəkət eləyərək, düşərgədən ayrılıb. Afrikalı şəxsi problemlərinin yarandığını bəhanə gətirərək, Azərbaycandan kənara çıxıb.

«Dənizilər» yaranmış vəziyyətdən narahat olaraq, FİFA-ya məktub göndərib.

Beynəlxalq futbol qurumunun diqqətinə çatdırılıb ki, Ekşteynin klubla müqaviləsi var və o, icazəsiz olaraq bu addımı atıb. Futbolçunun özünə isə bildirilib ki, hansı komanda ilə anlaşsa, tələb olunan təzminat ödənməlidir.

Bütün bunlardan isə CAR-lı legioner «Səbail»ə dönüb. Fəqət Aftandil Hacıyev fikrini dəyişməyib, futbolçunu 2 aylıq maaşından məhrum edib.

Rəhbərlik baş məşqçinin qərarını dəstəkləyib və ona avqust və sentyabrın əməkhaqqısını verməyib. Adıçəkilən oyunçunun aylıq məvacibinin 5000 dollar olmasını açıqlayaq.

İndi Ekşteyn xahiş edir ki, cərimə minimuma endirilsin. O, əməlindən peşman olduğunu, peşəkar idmançıya yaraşmayan hərəkətlərə yol verdiyini, bir daha intizamsız davranmayacağını vəd edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"