Azərbaycan klubuna vəd vermədi, İraqda peyda oldu

15 Oktyabr 2020 19:16 Səbail 747
Azərbaycan klubuna vəd vermədi, İraqda peyda oldu

Bir neçə gün əvvəl "Səbail"dən ayrılan Çikito Lema Mabidinin yeni klubu müəyyənləşib.

Konqolu yarımmüdafiəçi karyerasını İraqda davam etdirəcək. O, "Al-Kuva" ilə müqavilə bağlayıb.

Mabidi bu ilin əvvəlindən "Səbail"də çıxış edirdi. Azərbaycana Mərakeşdən - "Raça Kasablanka"dan gələn legionerin buradan ayrılmasının 2 səbəbini qeyd edək.

Birincisi, o, yeni övladının dünyaya gəlməsini əsas gətirib. Bildirib ki, təcili ailəsinin yanına getməlidir, çünki xanımı müəyyən problemlərlə üzləşib.

İkincisi, Mabidi Azərbaycana bir də nə vaxt qayıdacağı ilə bağlı konkret vəd verməyib. Konqolu ailəsinin yanına yollanarsa, dönüşünün bir neçə həftə, hətta aylarla sürə biləcəyini deyib.

Belədə isə "Səbail" ona boş-boşuna maaş ödəmək istəməyib və müqavilənin qarşılıqlı şəkildə pozulmasına razılaşıb.

Başqa variant qalmayıb: axı Mabidi məcburi surətdə Azərbaycanda qalacağı halda, özünü oyunlara konsentrasiya edə bilməyəcəyini etiraf edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda