"Deyə bilmərəm, bu gün, yaxud bir neçə günə transfer edəcəyik"

13 Oktyabr 2020 14:08 Səbail 574
"Deyə bilmərəm, bu gün, yaxud bir neçə günə transfer edəcəyik"

«Düzdür, Azərbaycanda və artıq əksər ölkələrdə «transfer pəncərəsi» bağlanıb, ancaq biz hələ də axtarışlarımızı davam etdiririk».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

Bayıl təmsilçisinin çalışdırıcısı bildirib ki, azad agent statusu daşıyan legionerləri diqqət mərkəzində saxlayıblar: «Premyer Liqanın ilk turları göstərdi ki, komandanı bir qədər də gücləndirməliyik.

Təbii ki, hər şey büdcədən asılıdır. Bizə nə büdcə verilibsə, onun əsasında işimizi görürük. İmkanlarımız geniş deyil, bununla belə, çalışırıq ki, seleksiya işində doğru addım ataq.

Kolmandadan son olaraq Mabidi Çikito Lemanın ayrılmasından xəbərdarsız. İndi nəinki onun, digər mövqelərə də bizə yeni futbolçular lazımdır.

Deyə bilmərəm, bu gün, yaxud bir neçə günə transfer edəcəyik. Amma gözlənilir. Hazırda sərbəst olan yaxşı futbolçu tapmaq çətindir. Ona görə də bütün namizədləri diqqətlə araşdırırıq».

Digər Xəbərlər
Xəbər Lenti