Deyəsən, «Səbail» maliyyə problemlərini bu mövsüm həll edə biləcək.
Hər halda faktiki olaraq klubun prezidenti vəzifəsini yerinə yetirən Tamerlan Abdullayev futbolçulara bununla bağlı xoş xəbər verib.
Bir müddət ortalıqdan yox olmuş Abdullayev bu məlumatla geri qayıdıb və kollektivə vəd edib ki, ötən ilin yayından başlayan çətinliklərin aradan qaldırılması istiqamətində mühüm işlər görülür.
O bildirib ki, köhnə borclar tamamilə ödəniləcək, bundan sonra isə maaqşların verilməsində «uzun quyruqlar» əmələ gəlməyəcək.
Tamerlan bəy builki məqsədlərinin Premyer Liqada qalmaq olmadığını söyləyib. Klubun patronu yüksək yerlər uğrunda mübarizə aparmağı arzu etdiyini deyib.
SPORTİNFO.AZ

