"Bakıda hər şeydən bir az var"

7 Oktyabr 2020 18:48 Səbail 746
"Bakıda hər şeydən bir az var"

“Səbail”in qapıçısı Nikolas Hagen öllkəsinin mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Qvatemala millisinin 24 yaşlı qolkiperi Bakıda üzləşdiklərindən məmnunluğunu ifadə edib:

“Azərbaycana uyğunlaşmağa çalışıram. Burada hər şey ürəyimcədi. Bakıda müxtəlif ölkələrdən fərqli mədəniyyətə malik insanlar var.

Burada hər şeydən bir az var. Buranın insanları çox istiqanlı, mehribandılar. Sizə özünüzü evinizdəki kimi hiss etdirirlər. Sanki illərdi bu ailənin bir parçasısan. Harda olmağından asılı olmayaraq, hamı ilk gündən çox səmimidi və kömək etməyə çalışır”.

Digər Xəbərlər
Xəbər Lenti