"Dedi ki, ailəmdə problemlər yaranıb, biz də müqaviləni pozduq"

6 Oktyabr 2020 10:52 Səbail 659
"Dedi ki, ailəmdə problemlər yaranıb, biz də müqaviləni pozduq"

"Bu qərarı futbolçunun xahişini nəzərə alıb verdik".

Bu sözləri Sportinfo.az-a aaçıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

"Səbail" dünən Mabidi Çikito Lema ilə yollarını ayırıb. 27 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. Konqo Demokratik Respublikasından olan oyunçuya azad agent statusu verilib.

Mabidi "Səbail"ə fevralın 12-də keçmişdi. Hacıyevin bildirdiyinə görə, afrikalı legionerin ailəsində problemlər yaranaıb: "Hər halda bizə belə dedi və xahiş etdik ki, düşdüyü vəziyyəti nəzərə alaq. Yoxsa onunla müqaviləni davam elətdirməyə razı idik.

Müraciət elədi ki, ölkəsinə qayıtmasına icazə verək. Ailə hər şeydən önəmli olduğu üçün müraciətinə «yox» demədik və müqaviləni ikitərəfli pozduq. Buradan ayrılması sırf dediyim səbəblərə görədir".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"