“Sizə Bakıda özünüzü evinizdəki kimi hiss etdirirlər”

5 Oktyabr 2020 12:58 Səbail 626
“Sizə Bakıda özünüzü evinizdəki kimi hiss etdirirlər”

“Azərbaycana uyğunlaşmağa çalışıram. Burada hər şey ürəyimcədir”.

Sportinfo.az xəbər verir ki, bunu “Səbail”in qapıçısı Nikolas Hagen deyib.

Ölkəsinin mətbuatına açıqlama verən Qvatemala millisinin qolkiperi Bakıda gördüklərindən razılıq bildirib. 24 yaşlı oyunçu yerli insanların mehribanlığını xüsusi vurğulayıb:

“Bakıda müxtəlif ölkələrdən fərqli mədəniyyətə malik insanlar mövcuddur. Burada hər şeydən bir az var. Buranın insanları çox istiqanlı, mehribandırlar.

Sizə özünüzü evinizdəki kimi hiss etdirirlər. Sanki illərdir bu ailənin bir parçasısan. Harada olmağından asılı olmayaraq hamı ilk gündən çox səmimidir və kömək etməyə çalışır”.

Hagen “Səbail”in heyətində meydana çıxdığı 3 oyunda 5 qol buraxıb. 4 oyunda 3 xal toplayan paytaxt təmsilçisi hazırda turnir cədvəlinin sonuncu – 8-ci pilləsində qərarlaşır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti