Premyer Liqa klubu intizamsız futbolçusunu 2 aylıq maaşından məhrum etdi

4 Oktyabr 2020 11:40 Səbail 565
Premyer Liqa klubu intizamsız futbolçusunu 2 aylıq maaşından məhrum etdi

«Səbail» icaəsiz olaraq düşərgəni tərk edən və bir müddət sonra geri qayıdan Hendrik Ekşteyinə cəza verib.

Sportinfo.az-ın məlumatına görə, Cənubi Afrika Respublikasından olan legioner 2 aylıq maaşından məhrum edilib.

Yarımmüdafiəçi avqust və sentyabr aylarının əməkhaqqısını almayacaq.

Afrikalı futbolçu bu qərardan şikayətlənməməlidir. O. sərt cəzanı həqiqətən haqq edib. Klubla müqaviləsi olduğu halda, bunu nəzərə almayan və Azərbaycandan gedən Ekşteyin qeyri-peşəkarlığa yol verib.

Ailəsində prolblemlərin olmasını, ata-anasının avtoqəza keçirməsini söyləməsi onu cəzadan uzaq tuta bilməzdi. Belə olsaydı, Aftandil Hacıyev kollektiv içində hörmətini itirərdi.

Baş məşqçi isə həm daxili nizam-intizam kodeksini, həm də şəxsi imicini əldə rəhbər tutaraq, doğru mövqe nümayiş etdirib.

Digər Xəbərlər
Xəbər Lenti