"Getdi, sonra səhvini anladı, indi də cərimələnəcək"

30 Sentyabr 2020 18:20 Səbail 715
"Getdi, sonra səhvini anladı, indi də cərimələnəcək"

«O, komandaya geri qayıtsa da, biz cəza tədbirindən imtina etməyəcəyik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

Gənc mütəxəssis bir müddət əvvəl icazəsiz düşərgəni tərk edən və Cənubi Afrika Respublikasına yollanan Hendrik Ekşteynlə bağlı qərarlarını dəyişdirməyəcəklərini söyləyib.

Onun bildirdiyinə görə CAR-dan olan legioner səhvini başa düşüb: «Mənə elə gəlir ki, onu hansısa menecerlər «yoldan çıxartmışdı».

Çünki getməmişdən qabaq futbolçunun özüylə çox söhbət eləmişdim, klubla müqaviləsinin olduğunu, getməsini istəmədiyimizi söyləmişdim.

Demişdim ki, klub onun qarşısında götürdüyü maliyyə öhdəliklərini yerinə yetirir və hara yollansa, təzminat ödəmək lazım gələcək. Getdi, sonra da səhvini anladı.

Qayıdandan sonra 2 gün elə məşq etdi ki… «Sabah»a qalib gəldiyimiz oyun göstərdi ki, o, komandamıza çox fayda verə bilər.

Bununla belə, etdiyi hərəkətə görə cərimələnəcək. Nizam-intizam kodeksindən kənara çıxan istənilən futbolçu cəzasını almalıdır. Ekşteynin qayıtması o demək olmamalıdır ki, biz səhvini ona keçəcəyik».

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"