" Döyüş zonasından uzaqdayam, klub rəhbərliyi mənə təminat verib”

29 Sentyabr 2020 12:16 Səbail 658
" Döyüş zonasından uzaqdayam, klub rəhbərliyi mənə təminat verib”

“Azərbaycanda özümü rahat hiss edirəm. Döyüş zonasından uzaqdayam”.

Sportinfo.az xəbər verir ki, bunu “Səbail”in Qvatemaladan olan qapıçısı Nikolas Hagen ölkəsinin mətbuatına açıqlamasında deyib.

Dağlıq Qarabağda baş verən hadisələrin onu qorxutmadığını bildirən 24 yaşlı qolkiper fikrini qarşıdakı çempionat oyununa yönəltdiyini söyləyib: “İnsanlarda narahatlıq var.

Ümid edirəm ki, vəziyyət tezliklə stabilləşər. Klub rəhbərliyi mənə hər şeyin qaydasında olacağı təminatını verib. Azərbaycanda futbol davam edir. Məqsədim oyunlarda müntəzəm çıxış etmək, meydanda olmaqdır”.

“Səbail” Premyer Liqanın V turu çərçivəsində oktyabrın 4-də “Qarabağ”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti