"Sabah" Bayıl yamacında "qəza"ya uğradı - FOTOREPORTAJ

27 Sentyabr 2020 09:00 Səbail 575
"Sabah" Bayıl yamacında "qəza"ya uğradı - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında IV turun növbəti görüşü keçirilib.

Sportinfo.az xəbər verir ki, "ASCO Arena"da "Səbail" "Sabah"ı qəbul edib.

Baş hakim Elçin Məsiyevin idarə etdiyi görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1. İlk 2 qol penaltidən vurulub. 27-ci dəqiqədə qonaq komandadan Ramil Şeydayev şübhəli penaltini qola çevirib.

56-cı dəqiqədə Əfran İsmayılov bərabərlik qolunu vurub. Oyunda son nöqtəni isə 71-ci dəqiqədə Rauf Əliyev yekun nöqtəni qoyub.

Bu qələbə sayəsində xalını 3-ə çatdıran "Səbail" son pillədən qurtulub və 7-ci yerə yüksəlib. 6 xala malik "Sabah" isə 2-cidir.

Digər Xəbərlər
Xəbər Lenti