“Açığı, “Səbail”də məndən bunun səbəbini soruşurlar"

22 Sentyabr 2020 21:00 Səbail 971
“Açığı, “Səbail”də məndən bunun səbəbini soruşurlar"

“Mənim transferimdən sonra “Səbail”in sosial şəbəkədə izləyici sayının artması qvatemalalıların birliyindən xəbər verir”.

Sportinfo.az xəbər verir ki, bunu “Səbail”in bu yay heyətinə cəlb etdiyi Nikolas Hagen deyib.

Hagen “Səbail”ə ölkəsinin “Munisipial” klubundan keçib. Qvatemala millisinin üzvü ölkəsinin mətbuatına açıqlamasında həmyerlilərinin “Səbail”in feysbuk səhifəsini müntəzəm izləməsinə sevindiyini söyləyib:

“Açığı, “Səbail”də məndən bunun səbəbini soruşurlar. Onlara bu məsələdə birlik nümayiş etdirdiyimizi, coşğulu futbol fanatlarımızın olduğunu söylədim. Mən də azarkeşlərimizə təşəkkürümü bildirirəm. Onların dəstəyi Qvatemalanı yaxşı təmsil etməyim üçün mənə stimul verir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti