"Azərbaycandan heç bir futbolçunu tanımıram, bu, məni təəccübləndirdi"

22 Sentyabr 2020 14:36 Səbail 888
"Azərbaycandan heç bir futbolçunu tanımıram, bu, məni təəccübləndirdi"

“Legioner həyatı Hageni böyüməyə məcbur edəcək”.

Sportinfo.az xəbər verir ki, bunu Qvatemala millisinin qapıçısı Rikardo Xerez həmyerlisi Nikolas Hagenin “Səbail”ə transferini dəyərləndirərkən deyib.

Kolumbiyada “Alianza Petrolera” klubunun formasını geyinən 34 yaşlı qolkiper yığmadakı rəqibinin daha yaxşı kluba keçidini gözləyib. O, ESPN-ə açıqlamasında Azərbaycan futbolu barədə məlumatsız olduqlarını söyləyib:

“Azərbaycan variantı məni təəccübləndirdi, orada futbolla bağlı heç nə bilmirik. Azərbaycandan heç bir futbolçunu tanımıram, bu məni təəccübləndirdi.

Hagenin futbolun daha vacib olduğu yerə gedəcəyinə ümid edirdim. Ölkə xaricində ilk təcrübə zamanı imic də lazımdır”.

Xerezin fikrincə, Hagen ölkəmizdə yeni təcrübə toplayacaq: “Xaricə yollanan hər oyunçumuza uğurlar arzulayıram. Başqa ölkəyə yollanmaq insanın dünyagörüşünü artırır.

Niko da tək yaşamağı, yeni dil, mədəniyyət öyrənir. Ümid edirəm ki, yaxşı işlər görəcək. İnanmaq istəyirəm ki, onu böyüdəcək, potensialından tam şəkildə istifadə edəcək insanların olduğu komandaya yollanıb. Nikonun çox xəyalları var. Bu xəyalları reallaşdıracaq gücə də malikdir”.

Nikolas Hagen “Səbail”ə Qvatemalanın “Munisipial” klubundan keçib.

Digər Xəbərlər
Xəbər Lenti