"Sənin yerin “Səbail” deyil, qardaş, "Zirə" qədrini bilmədi”

14 May 2020 13:12 Səbail 864
"Sənin yerin “Səbail” deyil, qardaş, "Zirə" qədrini bilmədi”

“Səbail”in müdafiəçisi Adil Nağıyev klubun keçmiş matçlarının birindən foto paylaşıb.

Sportiinfo.az xəbər verir ki, fotoya azarkeşlərdən biri “Adil, sənin yerin “Səbail” deyil, qardaş” şərhini yazıb.

Müdafiəçinin ona cavabıl belə olub: “İnşallah, hər şey yaxşı olacaq”.

Maraqlı olan isə həmin paylaşıma vaxtilə “Zirə”də də çıxış etmiş, hazırda “Keşlə”də oynayan Vüsal İsgəndərlinin yazdığı rəydir. Forvard Nağıyev üçün “yeri “Zirə” idi, çox heyif ki, qədri bilinmədi. Ondan sonra o yer hələ də boş qalıb” şərhini yazıb.

Digər Xəbərlər
Xəbər Lenti