"Neftçi"nin legioneri dəvət etsə, gedəcək

28 Aprel 2020 14:08 Səbail 1 242
"Neftçi"nin legioneri dəvət etsə, gedəcək

"Səbail"in futbolçusu Maykl Essyen Azərbaycanda karantin zamanı vaxtını necə keçirdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 38 yaşlı yarımmüdafiəçi "Neftçi"nin haitili müdafiəçisi Donald Gerye ilə "Instagram"da canlı söhbəti zamanı danışıb.

Essyen karantin vaxtı yalnız evdə qaldığını və eyni zamanda "Zoom" tətbiqetməsi vasitəsi ilə komanda yoldaşları ilə birlikdə məşq etdiyini bildirib:

"Karantin vaxtı gedəcəyim yer yoxdur. Komandamız məşq üçün "Zoom" proqramından istifadə edir, məşqdən sonra evdə istirahət edirəm. Bəzən Qana musiqisinə də qulaq asıram".

Essyen Geryedən dəvət alacağı təqdirdə, Haitini ziyarət edəcəyinə söz verib. "O, məni Haitiyə dəvət etsə, səyahət etməyi sevdiyim üçün gedəcəyəm".

Maykl Essyen 2019-cu ilin martından “Səbail”də çıxış edir. Donald Gerye isə cari mövsümdən "Neftçi"nin formasını geyinir. Koronavirus pandemiyasına görə dayandırılan Azərbaycan Premyer Liqasının mayın 23-də bərpa olunacağı açıqlanıb.

Digər Xəbərlər
Xəbər Lenti