Azərbaycanlı futbolçu 4 ildən sonra Latviya klubuna qayıtdı

7 Mart 2020 00:28 Səbail 1 158
Azərbaycanlı futbolçu 4 ildən sonra Latviya klubuna qayıtdı

"Səbail" klubunun futbolçusu Orxan Qurbanlı karyerasını ölkə xaricində davam etdirəcək.

Sportinfo.az paytaxt təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Latviyanın "Dauqavpils" klubuna keçib.

Qurbanlı mövsümün sonuna kimi icarə əsasında bu komandanın formasını geyinəcək.

Orxan Qurbanlı 2016-cı ildə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin formasını geyinib. Həmin vaxt "Neftçi" klubuna məxsus olan yarımmüdafiəçi icarə əsasında "Dauqavpils"də oynayıb.

Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM