"Sabah"dan getdi, "Mən xüsusi münasibət bəsləmirəm" dedi

20 Fevral 2020 22:00 Səbail 715
"Sabah"dan getdi, "Mən xüsusi münasibət bəsləmirəm" dedi

"Səbail"in yarımmüdafiəçisi Hendrik Ekşteyn Azərnaycan Premyer Liqasının 18-ci turu çərçivəsində qarşılaşacaqları "Sabah"la matç haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Cənubi Afrika Respublikasından olan futbolçu sabiq klubunun gücünü dəyərləndirib:

"Mən bu oyuna xüsusi münasibət bəsləmirəm. Vacib odur ki, 3 xal qazanaq. Bilirik ki, "Sabah" çətin rəqibdir, lakin qələbə üçün əlimizdən gələni edəcəyik".

Futbolçu qış fasiləsində "Sabah"dan "Səbail"ə transfer olunub. "Sabah" - "Səbail" qarşılaşması fevralın 23-də "Bank Respublika Arena"da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti