"Səbail" pul tapmadı, Essyeni "tərcüməçi" götürdü

20 Fevral 2020 19:16 Səbail 1 316
"Səbail" pul tapmadı, Essyeni "tərcüməçi" götürdü

Maykl Essyen «Səbail»də yeni «vəzifə» alıb.

Sportinfo.az-ın məlumatına görə, qanalı ulduz əsas komandanın «tərcüməçisi» təyin olunub.

Ötən mövsümün ikinci yarısından «dənizçilər»in şərəfini qoruyan afrikalı yarımmüdafiəçinin ikinci işi məşqçilərin tapşırıqlarını legionerlərə izah etməkdir.

Təbii ki, o, buna görə əlavə pul almayacaq. Essyen klub rəsmilərinin xahişi ilə tərcüməçilik missiyasını öz üzərinə götürüb.

«Səbail»də artıq bu ştat ləğv olunub. Komanda maliyyə çatışmazlığı üzündən mövsümün əvvəlində tərcüməçisi ilə vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti