“Səbail” də verdi - TEST

16 May 2020 21:00 Səbail 1 279
“Səbail” də verdi - TEST

Azərbaycan Premyer Liqasında mübarizə aparan daha bir klub koronavirus testindən keçib.

Sportinfo.az xəbər verir ki, “Səbail” tam heyətin koronavirus testindən keçdiyini açıqlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bütün nəticələrin neqativ çıxdığı diqqətə çatdırılıb.

Klub həmçinin ev oyunlarını keçirdiyi “ASCO Arena”da dezinfeksiya işləri aparıldığını da açıqlayıb.

Daha öncə “Qarabağ”, “Neftçi”, “Sabah” və “Zirə”də koronavirus testi aparılmış və nəticələrin neqativ çıxdığı açıqlanmışdı.

Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM