Aleksandr Rıbka: "Qovmasalar, yaya kimi qalacam"

23 Dekabr 2019 17:47 Səbail 1 661
Aleksandr Rıbka: "Qovmasalar, yaya kimi qalacam"

"Səbail"in qapıçısı Aleksandr Rıbka komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Sportinfo.az-a danışan ukraynalı qolkiper bu barədə düşünmədiyini bildirib. Hazırda ölkəsində istirahət etdiyini söyləyən təcrübəli qapıçı "dənizçilər"lə cari mövsümün sonuna qədər müqaviləsi olduğunu xatırladıb:

"Hazırda Kiyevdəyəm, dincəlirəm. Hər şey qaydasındadır. "Səbail"dən ayrılmamışam. Klubla müqaviləm var. Qovmasalar, yaya kimi qalacam".

Rıbka bu ilin yanvarından "Səbail"də çıxış edir.

Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM