"Səbail"də növbəti ayrılıq yaşanıb.
Momo Sakonun ardınca Afonso Almeyda Duarten ilə yollar ayrılıb.
Mövsümün əvvəli "dənizçilər"ə qoşulan dayaq yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanmışdı.
Mövsümün birinci yarısında ümidləri doğrultmayan 23 yaşlı braziliyalının göndərilməsi qərara alınıb.
Onun "Səbail"ə qədər son klubu ölkəsində "Patriatos" kollektivi olub.
XANOĞLAN / SPORTİNFO.AZ

