2024-cü ildə ilk qələbəni qazandılar, üst-üstə PUL ALDILAR

27 Fevral 15:00 Səbail 470
2024-cü ildə ilk qələbəni qazandılar, üst-üstə PUL ALDILAR

Premyer Liqanın 24-cü turu «Səbail» üçün uğurlu alındı.

Bayıl təmsilçisi 2024-cü ilin rəsmi qələbəsini əldə etdi.

«Dənizçilər» doğma məkanda «Sabah»ın qapısına 2 cavabsız qol vuraraq, 3 xalı öz aktivinə yazdı.

Turnir cədvəlində dördüncü pilləyə qayıdan «Səbail»in qazancı da yüksək olub.

Belə ki, klubun Müşahidə Şurasının sədri Rauf Vəliyev futbolçuların hər birinə 2500-3000 manat civarında mükafat ödənilməsinə göstəriş verib.

Maraq üçün deyək ki, öncəki tur «Araz-Naxçıvan»la 2:2 edən kollektivə də 1300 manat mükafat paylanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!