“Futbol oynamağı bacarmalıyıq” – Yeni transfer özündən çıxdı!

12 Fevral 13:00 Səbail 808
“Futbol oynamağı bacarmalıyıq” – Yeni transfer özündən çıxdı!

Premyer Liqanın son 4 matçında qələbə üzünə həsrət qalan “Səbail” ölkə kubokunda mübarizəni erkən başa vurdu.

1/4 final mərhələsinin ilk matçında doğma meydanda “Zirə”yə 1:2 hesabı ilə uduzan “dənizçilər” cavab qarşılaşmasında darmadağın oldu.

İlk hissədə 2 qol vuran zirəlilər fasilədən sonra daha 1 dəfə fərqlənib 3:0-la yarımfinala yüksəldi.

"Səbail”li futbolçuların üzüntüsü anlaşılan idi. Elə yeni transfer Süleyman Alluş da.

Buna baxmayaraq, Niderlanddan olan yarımmüdafiəçi darmadağınla bağlı Sportinfo.az-a danışdı:

“Müdafiədə kiçik səhvlərə yol verməklə bu cür nəticə ilə üzləşdik. Biz ilk növbədə futbol oynamağı bacarmalıyıq. Topu irəli vurub dalınca qaçmaqla heç nəyə nail ola bilmərik.

Kombinasiyalı futbol oynamalıyıq, ötürmələrdə dəqiqlik göstərməliyik. Bu gün topu özümüzdə saxlayıb, qısa ötürmələrdə dəqiqlik göstərə bilsəydik, fikrimcə, sonluq belə olmayacaqdı.

“Zirə”ni gördünüz? Məhz dediklərimin sayəsində istədikləri nəticəni əldə etdilər. Açığı, oyundan əvvəl sonluğun bu cür olacağını qəti təsəvvür etmirdim”.

“Səbail” növbəti görüşünü bu gün “Kəpəz”ə qarşı keçirəcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti