Müəmmalı zəng kimə ünvanlanmışdı?

7 Noyabr 2023 16:40 Səbail 1 058
Müəmmalı zəng kimə ünvanlanmışdı?

12-ci turun açılış matçında “Səbail” doğma meydanda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub etməyi bacardı.

Bayıl təmsilçisi fasiləyə məğlub durumda yollansa da, fasilədən dərhal sonra hesabda tarazlıq yaratdı.

İlk hissənin sonlarında zədələnən Ağabala Ramazanovun əvəzinə meydana daxil olan Rüfət Abdullazadə komandasının ilk qoluna imzasını atdı.

Rüfət qolu vurduqdan sonra kameraların önünə qaçıb əli ilə zəng mesajını verdi.

Dünya futbolunda əksər oyunçuların “müraciət etdiyi” məlum jesti hərə bir mənaya yozur. Elə Abdullazadənin zəngi kimə ünvanlaması da maraq doğurdu.

Odur ki, məlum qol sevincinin səbəbini “11 nömrə”nin özündən soruşduq. 22 yaşlı təfərrüata varmasa da, qısa olaraq sevinc zəngini ailəsinə həsr etdiyini bildirdi.

Rüfət Abdullazadə cari Premyer Liqa mövsümündə meydana çıxdığı 11 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi