“Bu klubun rəhbərliyi hamını ələ salır” – SƏRT TƏNQİD BU VİDEODA

24 May 2023 19:00 Səbail 900
“Bu klubun rəhbərliyi hamını ələ salır” – SƏRT TƏNQİD BU VİDEODA

Premyer Liqanın son turu çərçivəsində “Turan Tovuz”la səfər matçında (2:2) “Səbail”in legioneri Qoba Zakpa vurduğu qoldan sonra qeyri-etik hərəkəti ilə tənqid hədəfinə tuş gəldi.

Klubundan verilən açıqlamada isə deyilir ki, Fil Dişi Sahilindən olan hücumçu həmin vaxt uğursuz oturan alt paltarını düzəldib.

“Sportinfo TV”nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, bu talehsiz açıqlama Premyer Liqada qalmağa çalışan, uğursuz idarəçiliklə “quyruğu qapı arasında” qalan klub rəhbərliyinin son çırpınışlarıdır:

“Hər dəfə komandanın naşı idarəçiliyin qurbanı olduğunu deyirik. Normal klublarda bu hallara təcili reaksiya verilir, futbolçu cəzalandırılır.

Yəni, sən kimsən ki, ölkəmdə bu cür hallara yol verirsən? Amma “Səbail”də gözlədiyimizin tam əksini görürük.

İndi isə milyonlarla insanı ələ salaraq, o cür hərəkətə “alt paltarını düzəldirdi” kimi absurd fikirlərlə don geyindirməyə çalışırlar.

Bununla deyirlər ki, hamınız görmə məhdudiyyətli insanlarsız. Təəssüf, bu cür əsassız arqumentlərlə daha da batırsız.

Çünki azarkeşləri, futbol camiəsini ələ salmağa haqqınız yoxdur.

Bu cür idarəçiliyi, rəhbərliyi olan klub Premyer Liqada qalmağa layiqdirmi? Əsla!”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti