Premyer Liqada işləyən məşqçiyə ATA MƏSLƏHƏTİ nə olub?

13 Mart 2023 21:20 Səbail 598
Premyer Liqada işləyən məşqçiyə ATA MƏSLƏHƏTİ nə olub?

“Fuad futbolu başa vurandan sonra valideyn və məşqçi kimi ona öz məsləhətlərimi verdim”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin məşqçisi Arif Əsədov deyib.

Cannı De Byazinin əsas köməkçisi oğlu Fuad Əsədov hadq danışıb.

Futbolçu karyerası uğurlu alınmayan Fuad xeyli vaxtdır məşqçilik edir və “Səbail”ə gələnə qədər U-19 millisində çalışırdı.

Məşqçilər klubdan milliyə can atdığı halda, Arif bəyin oğlu əks marşrutla hərəkət etdi.

Bu, doğru seçim idi? Ata Əsədovu dinləyək:

“Ondakı xarakteri və istəyi görürdüm, bilirdim. Nəticədə məşqçilik kurslarına qatıldı, kateqoriya kurslarından uğurla keçdi,

Ukraynada təhsil aldı. İlk mərhələdə gənclərlə çalışmaq onun üçün vacib şərt idi.

Bir neçə il aşağı yaş qruplarından ibarət yığmalarda çalışmaqla böyük təcrübə topladı. “Səbail”dən təklif alanda fikrimi soruşdu.

Mən isə ona millinin brend olduğunu deyib, artıq gənclər səviyyəsindən peşəkar futbola keçid etməyin vacib olduğunu bildirdim.

Təcrübəni böyütmək baxımından Premyer Liqada işləmək mütləqdir. Ona görə də qərarına müsbət yanaşdım.

Həmin vaxt AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə ilə məsləhətləşdik. O da Fuadın ideyasına müsbət yanaşdı, xeyir-duasını verdi

Əsas odur ki, hazırda işindən zövq alır. Fuadla Emil Balayev vaxtilə aşağı yaş qruplarından ibarət millilərdə çiyin-çiyinə oynayıblar, komanda yoldaşı olublar.

İndi məşqçi-futbolçu kimi bir-birinə çox gözəl başa düşürlər”.

Digər Xəbərlər
Xəbər Lenti