Premyer Liqa klubunun uzun "qara siyahı"sı hazırdır – Maksimum 10 nəfər qalır

21 May 2022 14:40 Səbail 1 845
Premyer Liqa klubunun uzun "qara siyahı"sı hazırdır – Maksimum 10 nəfər qalır

«Səbail»in baş məşqçisi Aftandil Hacıyev klub rəhbərliyini yeni mövsümlə bağlı planları ilə tanış edib.

Yaxınlarda müqavilə müddətini 1 tl uzadan mütəxəssis komandada ciddi islahat aparmağı nəzərdə tutub.

Sponsorlardan iddialı kollektiv qurmaq yönündə vədlər almış çalışdırıcı hazırkı kontingentdən maksimum 9-10 nəfəri düşərgədə saxlamaq niyyətindədir.

Legionerlərdən Nikolas Raysel və Domantas Şimkus həmin siyahıda yer almır. Yaşlılardan yalnız Əfran İsmayılovun qalmaq ehtimalı yüksəkdir.

Rahid Əmirquliyev, Rauf Əliyev və Məhəmməd Mirzəbəyov kimi bir çox futbolçular isə «dənizçilər»in gələcək planlarına daxil deyil.

SPORTİNFO.AZ

Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu