Klub prezidenti olan baş məşqçi: “Planlar bəlli deyil, sadəcə, onu bilirəm ki…”

20 May 2022 19:00 Səbail 1 003
Klub prezidenti olan baş məşqçi: “Planlar bəlli deyil, sadəcə, onu bilirəm ki…”

"Son dəqiqələrdə qapımıza penalti təyin olundu. Düşünürəm ki, bu gün uğur bizim tərəfimizdə idi".

Sportinfo.az xəbər verir ki, bunu "Cəbrayıl"ın prezidenti və baş məşqçisi Cavid Hüseynov "Xan-Lənkəran"a 1:0 hesabı ilə qalib gəldikləri Region Liqasının final oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

34 yaşlı mütəxəssis rəqibin güclü komanda olduğunu bildirib:

"Xüsusilə hücum xəttində sürətli və fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Əsas tapşırıq oyun nizam-intizamını qorumaq idi. Çünki matçın 90 və ya 120 dəqiqə davam edəcəyini bilmirdik".

Hüseynov hələlik UEFA Region Kuboku barədə düşünmədiklərini söyləyib:

"İndi nəsə danışmaq çox tezdir. Çünki planlar bəlli deyil. Sadəcə, onu bilirəm ki, rəqibimiz Belarus komandası olacaq".

Digər Xəbərlər
Xəbər Lenti