"Əgər günahı varsa..."

7 Noyabr 2021 18:10 Səbail 486
"Əgər günahı varsa..."

"Səbail" Azərbaycan Premyer Liqasının 10-cu turunda öz meydanında "Qəbələ"yə 0:2 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşmadan sonra baş tutan mətbuat konfransında paytaxt təmsilçisinin məşqçisi Vüqar Məmməd jurnaistlərin suallarını cavablandırıb:

- Öncə xalqımızı Zəfər Bayramı münasibətilə təbrik edirəm. Bilirsiz ki, "Qəbələ" təsadüfən ilk sıralarda getmir. Çox yaxşı komandaya qarşı oynadıq. Bizim üçün bu dönəm çox çətin keçir. 5-6 futbolçumuz həm zədəli, həm cəzalıdı. Milli komandaların oyununa görə fasilə yaranacaq. Bu fasilə bizim üçün daha da faydalı ola bilər.

- Qırmızı vərəqə ilə bağlı fikriniz maraqlıdı...

- Epizodun təkrarına baxacağıq. Əgər futbolçumuzun günahı varsa, müzakirə edəcəyik, ölçü götürəcəyik.

- Vidadi Cəfərovun oyunu ilə bağlı düşüncələriniz necədi?

- Vidadi gənc, perspektivli futbolçudu. Koronavirusa yoluxduğuna görə 14 gün məşqdən uzaq qalmışdı. Buna görə də tam hazır deyildi. Amma yenə də qısa müddətdə çalışıb onu hazırladıq. İlk oyunu idi. Gənc oyunçudu, öz üzərində çox çalışır.

- Aftandil Hacıyevin cəzası ilə bağlı apelyasiya sikayəti veriləcək?

- İntizam Komitəsi iki gün əvvəl bu cəzanı verdi. Bu iki gün ərzində tam olaraq oyuna köklənmişdik. Yəqin ki, bu həftə klubdaxili iclasda müzakirə olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti