“Tvente” 3 futbolçunu Bakıda meydana buraxmayacaq - "Qarabağ"la matçda

01:00 Gündəm 123
“Tvente” 3 futbolçunu Bakıda meydana buraxmayacaq - "Qarabağ"la matçda

"Tvente" Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Bakıda "Qarabağ"la qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, klubun yaydığı məlumata görə, Niderland təmsilçisi bu oyun üçün Bakıya yollanıb.

"Qarabağ"la görüşə 3 futbolçu itkisi ilə gələn klub Stav Lemkin, Sam Lammers və Kristian Hlinssondan yararlana bilməyəcək. Hər üç futbolçu zədə səbəbindən komandanın heyətinə daxil edilməyib.

"Qarabağ" - "Tvente" görüşü avqustun 27-də keçiriləcək və saat 20:00-da başlayacaq.

Komandaların Niderlandda oynanılan ilk görüşündə "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!